Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Tramp administrasiyasının rəngli inqilablara marağı yoxdu

© Sputnik / Anar MustafayevПолитолог Эльхан Шахиноглу
Политолог Эльхан Шахиноглу - Sputnik Azərbaycan
Abunə olmaq
Elxan Şahinoğlu deyir ki, “ərəb baharı”na da böyük ümid var idi, ancaq bu inqilablar ərəb ölkələrinə fəlakət gətirdi

Elxan Şahinoğlu: “Rusiya bilir ki, inqilab yolu ilə hakimiyyətə gələnlər Qərblə əməkdaşlığa üstünlük verəcək”
Rusiya prezidenti Vladimir Putinin keçmiş sovet ölkələrində, xüsusilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərdə "rəngli inqilab"lara yol verilməyəcəyi ilə bağlı səsləndirdiyi bəyanat regionda geniş əks-səda doğurub.

Politoloq Elxan Şahinoğlu deyir ki, Qazaxıstan, Belarus və Ermənistanda hər hansı rəngli inqilabın baş verməsini gözləmir: “Bu ölkələrdə hakimiyyət dəyişikliyi baş verə bilər. Ancaq bunun inqilabi yolla olacağını gözləmirəm. Rusiyada bilirlər ki, inqilab yolu ilə gələnlər Qərblə əməkdaşlığa üstünlük verəcək”.

“İnanmıram ki, Amerika indiki ağır beynəlxalq vəziyyətdə Rusiyanın müttəfiqi olan dövlətlərdə inqilabi yolla hakimiyyətləri dəyişsin. Rəngli inqilab mərhələsi artıq geridə qalıb. Ərəb baharına da böyük ümid var idi. Ancaq bu inqilablar ərəb ölkələrinə fəlakət gətirdi. Ona görə, indiki Amerika administrasiyasının inqilabi yollara baş vuracağını düşünmürəm” – deyə o bildirib.

Xəbər lenti
0