22:31 25 Aprel 2017
Canlı yayım
İntiqam Babayev, Gənclər və idman nazirinin müavini
© Foto: APA

Nazir müavini: “8 min könüllü hazırlamışıq”

RADİO
Qısa URL
42 0 0

Gənclər və idman nazirinin müavini İntiqam Babayev İslam Həmrəylik Oyunları ilə bağlı ciddi təşkilatı işlər görüldüyünü deyir

“İslam Həmrəylik Oyunları ilə bağlı 8 min könüllü hazırlanıb”. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib:

“Biz könüllülərin qarşısına vəzifə qoyuruq ki, siz Azərbaycanın gənc səfirlərisiniz. Avropa oyunları zamanı da könüllülərimiz çox yüksək səviyyədə peşəkarlıq nümayiş etdirdilər. İndi də könüllülərimiz yüksək səviyyədə motivasiya olunub, hazırdırlar”.

“Yarışlarda bizim 16 idman obyektimizdən istifadə olunacaq və onlar Avropa oyunları zamanı tikiliblər. Əminəm ki, bu idman yarışları da yenidən yüksək səviyyədə keçiriləcək” – deyə o bildirib.

Əsas mövzular