Politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycana deyir ki, referendumdan sonrakı vəziyyətlə bağlı müəyyən proqnozlar verilə bilər: “Məsələ burasındadır ki, dəyişikliklər 2 il sonra qüvvəyə minəcək. Rəcəb Tayyib Ərdoğan qələbə qazanıb, onun səlahiyyətləri artacaq. Buna baxmayaraq, nəticələr onu düşünməyə də vadar edir. Bu o deməkdir ki, Türkiyə cəmiyyətinin konstitusuya dəyişikliklərinə münasibəti birmənalı deyil”.
“Mümkün addımlardan biri ölüm cəzasının yenidən tətbiqi ola bilər. Belə bir ehtimal da var ki, gələcəkdə Avropa Birliyinə üzvlüklə bağlı Türkiyədə referendum keçirilsin. Bu ideyanı da Ərdoğan irəli sürüb. Səlahiyyətləri artırılandan sonra bu məsələni gündəmə gətirə bilər” – deyə o bildirib.