SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Amerika Koreyaya qarşı gücdən istifadə edə bilərmi?

© Sputnik / Murad OrujovПресс-конференция директора Центра Республиканской сейсмологической службы Гурбана Етирмишли на тему "Сейсмологическая ситуация в Азербайджане"
Пресс-конференция директора Центра Республиканской сейсмологической службы Гурбана Етирмишли на тему Сейсмологическая ситуация в Азербайджане - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq hesab edir ki, Şimali Koreyanın nüvə proqramının əsas hədəfi Cənubi Koreyadır

İlqar Vəlizadə: “Yaxın həftələrdə ABŞ-ın hər hansı güc tətbiq etməsi real görünmür”
Əgər nüvə silahının sınaqlarına hazırlıq əlamətləri qeyd edilsə, ABŞ Koreya Xalq Demokratik Respublikasına (KXDR) qabaqlayıcı zərbə endirməyə hazırdır. Bu barədə Amerika kəşfiyyatındakı mənbələrə istinadən “NBC News” xəbər verib. Politoloq İlqar Vəlizadə məsələni Sputnik Azərbaycana şərh edərkən deyib ki, KXDR-in nüvə proqramı təkcə ABŞ-ı narahat etmir: “Bu nüvə proqramı bölgədə yerləşən bütün ölkələrə təsir edir, onların təhlükəsizliyi ilə bağlı narahatlıq törədir. Nüvə proqramının əsas hədəfi Cənubi Koreyadır. Cənubi Koreya ABŞ-ın müttəfiqi olduğu üçün ABŞ onu tək buraxa bilməz”.

“Çox güman ki, yaxın həftələrdə ABŞ tərəfindən heç bir güc tətbiq edilməyəcək. Çünki burada digər oyunçuların da maraqları nəzərə alınır. Əgər güc tətbiq olunsa Yaponiya, Çin, Cənubi Koreya da risk altında qalır. Eyni zamanda, belə bir ssenarinin olduğu məlumdur. Çünki KXDR nüvə proqramından əl çəkmir, yeni uzaqmənzilli ballistik raketlər yaradır. Ona görə də bunun qarşısını almaq üçün konkret addımlar atılacaq. Hərbi addımlar da istisna deyil” —  deyə o bildirib.

Xəbər lenti
0