Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Azərbaycana arzuolunmaz qidalar idxal olunur”

© Sputnik / Kamilla AliyevaПредседатель Общества свободных потребителей Азербайджана Эюб Гусейнов
Председатель Общества свободных потребителей Азербайджана Эюб Гусейнов - Sputnik Azərbaycan
Abunə olmaq
Eyyub Hüseynov: “Ölkəmizdə qidanın təhlükəsizliyinə dair qanun yoxdur”

Eyyub Hüseynov: “Prezidentin dediyi kimi ictimai nəzarət gücləndirilməlidir”
“Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması üçün atılan addımlarda məqsəd ondan ibarətdir ki, bu sahədə problemlər aradan qaldırılsın”. Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Azərbaycana arzuolunmaz qidalar idxal olunur, həmçinin ölkəmizdə belə məhsullar istehsal edilir: “Ölkəmizdə qidanın təhlükəsizliyinə dair qanun yoxdur və qanun olmayan yerdə mütləq cinayət baş verir. Bunun qarşısını almaq üçün qanun qəbul edilməlidir. Yaxud da mükəmməl işləyən dövlət orqanı yaradılmalıdır”.

“Birinci qanun, ikinci qanunu yerinə yetirən dövlət orqanı lazımdır. Ekspertiza edən orqan müstəqil olmalıdır. Prezidentin dediyi kimi, ictimai nəzarət gücləndirilməlidir. Yalançı sertifikatların verilməsinə son qoyulmalı, müstəqil ekspertiza hüquqi sənəd kimi tanınmalıdır” – deyə o bildirib.

Xəbər lenti
0