03:01 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9671
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli
© Sputnik / Murad Orujov

Qulu Məhərrəmli: “Televiziyaların diskussiya proqramları bəsit və maraqsızdır”

RADİO
Qısa URL
5301

Ekspert: “Yerli telekanalların verilişləri zəif olduğundan insanlara xarici kanallara üstünlük verirlər”

“Azərbaycan əhalisi yerli kanallardan çox, Türkiyə və Rusiya telekanallarına üstünlük verir. Bunun günahı o ölkələrdə deyil. Sadəcə, insanlarımız həmin ölkələrin dillərini sərbəst bildikləri və o telekanallardakı proqramlar onlara maraqlı gəldiyi üçün baxırlar”. Bunu Milli Televiziya və Radio Şurasının sədri Nüşrəvan Məhərrəmli Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Kabel şəbəkəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Televiziya eksperti Qulu Məhərrəmli deyir ki, bu məsələyə iki yanaşma var: “Yaxşı ki, bizim televiziya tamaşaçılarının Rusiya və Türkiyə telekanallarına baxmaq imkanı var. Tamaşaçıların xarici kanallara baxmağının səbəbi odur ki, yerli telekanalların verilişləri zəifdir. Cəmiyyəti düşündürən suallara bu televiziyalar cavab vermir. Bunun müsbət cəhəti odur ki, tamaşaçılar xarici kanallardan əlavə məlumat alırlar”.

“Mənfi cəhəti odur ki, Azərbaycan tamaşaçısı öz ölkəsində gedən proseslərdən xəbərsiz olur. Hökümətin müxtəlif sahələrdə gördüyü işlərdən xəbərsiz olur. Mən bundan qürurlanmıram ki, tamaşaçılarımız xarici telekanallara baxır. Bizim televiziyalarda olan diskussiya proqramları bəsit, məzmunsuz, maraqsız olur. Ona görə də tamaşaçı auditoriyası itir. Bunun həll yolu televiziyaların səviyyəsini qaldırmaqdır” – deyə o bildirib.

Əsas mövzular