Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycanın bu ölkəylə hərbi əməkdaşlığının böyük perspektivləri var

© Photo : Elchin Murad / TeleqrafHərbi ekspert Üzeyir Cəfərov
Hərbi ekspert Üzeyir Cəfərov - Sputnik Azərbaycan
Abunə olmaq
Hərbi ekspert: “Səudiyyə Ərəbistanı aparıcı hərbi sənaye gücünə malik ölkələrindən biridir”

Üzeyir Cəfərli: “Yaxın zamanlarda bu istiqamətdə hərbi əməkdaşlığın praktik nəticələrini görəcəyik”
Aprelin 5-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanı kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı tərəflər ölkələrimiz arasında ikitərəfli əlaqələr və əməkdaşlıq istiqamətlərini, xüsusilə də hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Hərbi ekspert Üzeyir Cəfərli “Sputnik”ə açıqlamasında bildirib ki, yaxın zamanda biz bu danışıqların nəticəsini görəcəyik: “Səudiyyə Ərəbistanı dünyanın aparıcı hərbi sənaye gücünə malik ölkələrindən biridir. Onun müdafiə sahəsinə ayırdığı vəsaitlərin sayı 100 milyard dollara çatır. Azərbaycanın da hərbi sahədə imkanlı ölkə ilə hərbi-texniki sahədə əməkdaşlığın konturlarını cızdığı üçün müdafiə naziri bu ölkədə həm rəhbərlik, həm müdafiə sahəsinə cavabdeh şəxslərlə danışıqlar aparıb. Düşünürəm ki, yaxın zamanlarda biz bunun konkret praktik nəticələrini görəcəyik”.

“Böyük ehtimal ilə Azərbaycan Səudiyyə Ərəbistanından öz müdafiə və təhlükəsizliyini gücləndirmək məqsədilə müəyyən avadanlıqlar və hərbi təyinatlı məhsullar əldə edəcək. Düşünmürəm ki, burada hansısa ağır texnika olsun, amma müasir tələblərə cavab verən avadanlıqlarla bağlı danışıqlar baş tutub və yaxın zamanlarda iki ölkə arasında bu istiqamətdə hüquqi bazanı təşkil edəcək sənədlərin hazırlanması və imzaya təqdim edilməsi prosesi baş tutacaq” — deyə o bildirib.

Xəbər lenti
0