04:55 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Əliməmməd Nuriyev
© Foto : APA

Bu qərar sürücüdən tutmuş nazirə qədər hamıya aiddir

RADİO
Qısa URL
57 0 0

Əliməmməd Nuriyev: “Dövlət qulluğuna qəbulda edilmiş dəyişiklik idarəetmə sisteminin ayrı-ayrı şəxslərin iradəsindən asılılığının qarşısının alınmasına yönəlib”

"Dövlət qulluğu haqqında" qanuna edilmiş son dəyişikliklərə görə, artıq yüksək kateqoriyalı dövlət orqanları da daxil olmaqla, dövlət orqanlarında yardımçı vəzifələr, yəni kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və s. vəzifələr üzrə dövlət qulluğuna qəbul edilmək üçün namizədlər müsabiqədə iştirak etməlidirlər.

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyir ki, işə qəbul zamanı şəxsin testdən və ya müsabiqədən keçməsi yaxşı bir üsuldur: “Hər şeydən əvvəl burada peşakarlığı müəyyənləşdirmək olur. Dövlət qulluğunda çalışan hər kəs — sürücüdən tutmuş nazirə qədər dövləti təmsil edir. Əlbəttə ki, burada imtahan sadələşdirilmiş olacaq. Hər kəsin həyata keçirdiyi funksiya çərçivəsində suallar olacaq. Bu qaydalar tətbiq olunandan sonrakı müddətdə yeni işə götürülənlərə aid ediləcək”.

“Burada xüsusi bir problem yoxdur. Eyni zamanda gələcəkdə onları hər hansı bir dəyişiklikdən asılı etmir. Belə olan halda kimlərin hansı vəzifəyə gəlməsindən asılı olmayaraq onları dəyişmək olmaz. Sistemin elementləri üçün qaydaların müəyyənləşməsi vacib olan məsələlərdəndir. Belə olarsa işçinin təminat sistemi yaranır. Onun işdən çıxarılmasına yol verilmir. Bu bütövlükdə idarəetmə sisteminin ayrı-ayrı şəxslərin iradəsindən asılığının qarşısının alınmasına yönələn bir məsələdir" – deyə o bildirib.

Əsas mövzular