01:12 26 Fevral 2018
Canlı yayım
Пресс-конференция председателя Общества свободных потребителей Азербайджана Эйюба Гусейнова
© Sputnik / Murad Orujov

Ekspert: “Azərbaycanda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsində səhvlər var”

RADİO
Qısa URL
3120

Eyyub Hüseynov: “Tənzimləmədən öncə bəzi dərmanların qiyməti ucuz idi”

Nazirlər Kabineti “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na dəyişiklik edib. Qaydaya əsasən, Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq “Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri”nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov təəssüf edir ki, dərman qiymətlərinin tənzimlənməsində Tarif Şurası və digər müvafiq qurumlar səhvlərə yol veriblər: “Bu işlə məşğul olanlar Türkiyə təcrübəsini birbaşa Azərbaycana tətbiq etdilər. Türkiyə təcrübəsində bu, yerli dərman istehsalını gücləndirəndən sonra tətbiq edilmişdi. Manatın dollara qarşı rəqabətini nəzərə almayıb bunu tətbiq etdikləri üçün problemlər yaşanır”.

“Tənzimləmədən öncə bəzi dərmanların qiyməti ucuz idi, sonradan bahalaşdı. Ölkədə çoxlu sayda qaçaqmal, qeydiyyatdan keçməyən dərmanlar meydana gəldi. Düşünürəm ki, Tarif Şurası effektli nəzarət sistemi həyata keçirməlidir. Baxmayaraq ki, Səhiyyə Nazirliyi bu işləri görməyə çalışır, lakin problemlər yaşanır” – deyə o bildirib. 

Əsas mövzular