QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Politoloq: “Amerikalı həmsədr ümumi sözlər danışır”

© Sputnik / Murad OrujovПятидесятое заседание Клуба политологов "Южный Кавказ"
Пятидесятое заседание Клуба политологов Южный Кавказ - Sputnik Azərbaycan
Abunə olmaq
Elxan Şahinoğlu: “Həmsədrlərin bu dəfəki səfərinin də ciddi əhəmiyyəti olmadı”

Elxan Şahinoğlu: “Diplomatların yeganə istəkləri bölgədə atəşkəsin qorunmasıdır. Ancaq bu şəkildə atəşkəsi qorumaq mümkün deyil”
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar masasında bir sıra ağlabatan planlar var". Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.  

Politoloq Elxan Şahinoğlu deyir ki, amerikalı həmsədrin bu açıqlaması ümumi sözlərdir: “Həmsədrlərin bu dəfəki səfərinin də ciddi əhəmiyyəti olmadı. Çünki münaqişənin həllini sürətləndirəcək təklifləri ortaya qoymurlar. Sadəcə, yeganə istəkləri bölgədə atəşkəsin qorunmasıdır. Ancaq bu şəkildə atəşkəsi qorumaq mümkün deyil. Ermənistanı işğal etdiyi əraziləri tərk etməyə məcbur etmək lazımdır”.

“Amerikalı həmsədr masa üzrəində olan təkliflər haqqında fikirlərini bildirib. Təkliflər də bəllidir: Ermənistan Qarabağ ətrafındakı rayonları işğal etdiyi əraziləri boşaltmalı, məcburi köçkünlər geri qayıtmalıdır, yalnız bundan sonra status müzakirələrinə başlanılmalıdır. Amerikalı həmsədr bu 3 elementi nəzərdə tutub. Problem ondadır ki, Ermənistan statusla bağlı qərarı əvvəlcədən bilmək istəyir. Bununla Azərbaycan razılaşa bilməz” – deyə o bildirib.

Xəbər lenti
0