Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Faiq Ağayev: “Ukraynanın addımı “Eurovision”ın siyasiləşdirilməsi demək deyil”

© Photo : APAFaiq Ağayev
Faiq Ağayev - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq artisti: “Biz Qarabağa qanunsuz səfər edən siyasətçini, sənətçini necə qəbul ediriksə, Ukrayna da eyni məntiqdən çıxış edir”

Faiq Ağayev: “İşğal edilmiş ərazilərə gedən sənətçi nə etdiyini dərk edirdisə, Ukraynanın da nə etdiyini anlamalıdır”
Rusiyanı təmsil edən müğənni Yuliya Samoylova bu il Ukraynada keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsinə buraxılmayacaq. Ukrayna Təhlükəsizlik Xidməti Aparatının rəhbəri Aleksandr Tkaçuk bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti Y.Samoylovanın Ukrayna ərazisinə girişinin qadağan edilməsi barədə sənəd hazırlayıb.

Xalq artisti Faiq Ağayev deyir ki, bununla bağlı yekun qərar hələlik məlum deyil: “Avropa Yayımçılar Birliyinin rəsmi nümayəndəsi bildirib ki, onlar Rusiya nümayəndəsinin müsabiqədə iştirakına səy göstərəcəklər”.

“Ukraynanın bu addımı müsabiqənin siyasiləşdirilməsi kimi qəbul edilməməlidir. Çünki işğal edilmiş ərazilərə gedən sənətçi nə etdiyini dərk edirdisə, Ukraynanın da nə etdiyini anlamalıdır. Biz Qarabağa qanunsuz səfər edən siyasətçini, sənətçini necə qəbul ediriksə, Ukrayna da eyni məntiqdən çıxış edir” – deyə o bildirib.

Xəbər lenti
0