CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “Təmayül siniflərinin təşkili zamanın tələbidir”

© Photo : musavat.comMəlahət Mürşüdlü, təhsil eksperti
Məlahət Mürşüdlü, təhsil eksperti - Sputnik Azərbaycan
Abunə olmaq
Məlahət Mürşüdlü: “Bu repetitor hazırlıqlarının qarşısını almayacaq”

Məlahət Mürşüdlü: “Yuxarı siniflərdə dərslərin şagirdin maraqlarına görə qurulması çox vacibdir”
Təmayül siniflərin təşkil olunacağı məktəblərdə müəllimlərin hansı qaydada əmək haqqı alacağı açıqlanıb. Məktəblərdə təşkil olunacaq təmayül siniflərdə dərs deyəcək müəllimlərin əmək haqqı “Dövlət ümumi təhsil müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü normasının və aylıq vəzifə maaşının sxemi”nə uyğun olaraq ödəniləcək.

Təhsil məslələri üzrə ekspert Məlahət Mürşüdlü deyir ki, təmayül siniflərinin təşkili zamanın tələbidir: “Şagirdlər istədikləri fənlər üzrə biliklərini mükəmməlləşdirəcəklər. Belə siniflərə müəllimlər də seçim əsasında təyin olunacaqlar”.

“Özəl dərslər valideynin istəyinə görə keçirilir. Düşünürəm ki, təmayül siniflərinin təşkili repetitor hazırlığının qarşısını almayacaq. Yuxarı siniflərdə dərslərin şagirlərin maraqlarına görə qurlması çox vacibdir. Çünki bir şagird bütün fənləri eyni dərəcədə mənimsəyə bilməz. Belə siniflərin təşkili təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək” – deyə o bildirib.

Xəbər lenti
0