02:02 25 Fevral 2018
Canlı yayım
Пятьдесят первое заседание клуба политологов Южный Кавказ
© Sputnik / Murad Orujov

Prezidentin İran səfəri hansı dividendlər vəd edir?

RADİO
Qısa URL
35 0 0

İlqar Vəlizadə: “İqtisadi əlaqələrin güclənməsi ölkələr arasında münasibətlərin sıxlaşması, yeni mərhələyə qədəm qoyması deməkdir”

Bir neçə gün öncə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İrana səfəri baş tutub. Səfər zamanı ölkələr arasıında bir çox sahələri əhatə edən mühüm sənədlər imzalanıb.

Ekspert İlqar Vəlizadə deyir ki, Azərbaycanın digər ölkələrlə münasibətlərində qarşılıqlı sərmayələrin yatırılması məsələsi önəm daşıyır: “Bu həm Azərbaycan, həm də partnyor ölkə üçün əhəmiyyətlidir. İqtisadi əlaqələrin güclənməsi ölkələr arasında münasibətlərin sıxlaşması, yeni mərhələyə qədəm qoyması deməkdir”.

“Ölkələr arasındakı sərmayələrin həcmi tərəfləri qane etmir. Buna görə də konkret sahələrlə bağlı müzakirələr aparılır. Tərəflər bri çox sahələrdə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Xüsusən də maliyyə sahəsində. Hər iki ölkədə maliyyə qurumlarının qarşılıqlı olaraq nümayəndəliklərinin yaradılmasından söhbət gedir. Azərbaycan və İran arasında ticari əlaqələrin həcmi 300-500 milyon dollara qədərdir. Ancaq potensial daha yüksəkdir. Bütün imkanlardan istifadə olunsa ticarət dövriyyəsi ən azı 3 milyard dollara çata bilər”- deyə o bildirib. 

Əsas mövzular