10:47 23 Fevral 2018
Canlı yayım
UNEC Elm şöbəsinin müdiri, i.e.d., prof. Zahid Fərrux Məmmədov
© Foto: UNEC

Professor: “Azərbaycan İran investorları üçün cəlbedici ölkədir”

RADİO
Qısa URL
42 0 0

Zahid Məmmədov: “İqtisadi əlaqələrin genişləndirilməsi vacib şərtlərdən biridir”

Martın 5-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə hökümətlər arası sənədlərin imzalanması mərasimi olub. İqtisadçı-professor Zahid Məmmədov deyir ki, münasibətlərin daha da möhkəmlənməsi üçün iqtisadi əlaqələrin inkişaf etdirilməsi vacib şərtlərdən biridir.

“İslam Həmrəyliyi kontekstində bu əlaqələr daha da güclənə bilər. Səhiyyə, dərman sənayesi və başqa sahələr İranda yaxşı inkişaf edib” — deyə ekspert bildirib.

“Azərbaycanda bəzi sahələr İran investorları üçün cazibədardır. Azərbaycanın turizmi İranlı turistləri cəlb edir. Bu sahənin daha da inkişaf etdirilməsi üçün dəmiryolu, hava, avtomobil nəqliyyatını inkişaf etdirmək lazımdır. Sərhəd zonalarında ticari münasibətlərin gücləndirilməsi üçün gərəkli addımlar atılmalıdır” — deyə o bildirib.

Əsas mövzular