Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekpert: “Trampın yanaşması Amerika demoktariyasına ziddir”

© Sputnik / Murad OrujovFilologiya elmləri doktoru, professor Qulu Məhərrəmli
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli - Sputnik Azərbaycan
Abunə olmaq
Qulu Məhərrəmli: “Yüz günlük müddət bitəndən sonra medianın Trampa qarşı tənqidi fəaliyyəti genişləndirməsi prezidentin xeyrinə olmayacaq”

Qulu Məhərrəmli: “Trampın “New York Times”, “Los Angeles Times”, CNN kimi transmilli mediya qurumlarına hücumu yanlışdır”
Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp mediyaya qarşı kəskin münasibətilə gündəmə gəlir. Prezident bəzi ABŞ KİV-lərini “xalqın düşməni” adlandırıb. Qeyd edək ki, bir neçə gün öncə ABŞ-ın bir sıra aparıcı kütləvi informasiya vasitələri — CNN televiziyası, “New York Times”, “Politico”, “Los Angeles Times" qəzetlərinin nümayəndələri Ağ Evin gündəlik brifinqinə də buraxılmamışdı.

Tanınmış media eksperti, professor Qulu Məhərrəmli deyir ki, Trampın azad mediyaya bu münasibəti yanlış taktikadır: “Prezident azadlıqları məhdudlaşdırmaq istəyəndə ortaya problemlər çıxır. Trampın yanaşması Amerika demokratiya ənənələrinə ziddir. Ona görə də bunun heç bir perspektivi olmayacaq”.

“Yüz günlük bitəndən sonra medianın Trampa qarşı tənqidi fəaliyyəti genişləndirməsi prezidentin xeyrinə olmayacaq. Trampın “New York Times”, “Los Angeles Times”, CNN kimi transmilli mediya qurumlarına hücumu yanlışdır. Əgər Tramp orada bir qəzeti bağlasa, bu, pis nümunə olacaq. Çünki dünya Amerikadan nümunə götürür”- deyə o bildirib.

Xəbər lenti
0