Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Samir Əliyev: “Manat bir qədər özünə gəlib”

© Sputnik / Murad OrujovПресс-конференция на тему "Каким будет курс маната в ближайшее время"
Пресс-конференция на тему Каким будет курс маната в ближайшее время - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: “Milli valyutanın devalivasiyası uğurlu hal deyil”

Samir Əliyev: “Hökümətin qarşısında duran əsas məsələ manatın sabitliyini təmin etməkdir”
İqtisadçı ekspert Samir Əliyev deyir ki, milli valyutanın devalvasiyası uğurlu hal deyil: “Bunu hər zaman neqativ təsirləri olur. Devalivasiya məcburi atılmış addım olur. 2008-ci il qlobal dünya böhranında bir sıra ölkələr devalivasiyaya getdi, ancaq Azərbaycan buna getmədi. Bu addım manata inamın artırılmasında rol oynadı”.

“2014-cü ilin payızına doğru neftin qiyməti düşməyə başladı. Bu, Azərbaycana təsir etməyə bilməzdi. Burada bankların da rolunu qeyd etmək lazımdır. Banklar manat kreditləşməsini məhdudlaşdırdılar, üstünlüyü dollar kreditlərinə verdilər. Bazarda gərginliyin yaranması manatı çox böyük zərbə altında qoydu. 2017-ci il manat üçün uğurlu il oldu. Manat bir qədər özünə gəldi. İkinci devalivasiyanın müsbət tərəfləri də oldu. Bu valyuta ehtiyyatlarının əriməsinin qarşısını aldı. Hökümət qarşısında duran əsas məsələ də manatın sabitliyini təmin etməkdir” — deyə o bildirib.

Xəbər lenti
0