QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Zeynəb Xanlarovadan mühüm siyasi gediş

© © QafqazinfoZeynəb Xanlarova - xalq artisti, millət vəkili
Zeynəb Xanlarova - xalq artisti, millət vəkili - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq xalq artistinin Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmasını belə qiymətləndirir

SSRİ, Ermənistan SSR və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarova Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması haqqında bəyanat verib. Bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstək ifadə edilir.

Politoloq Elxan Şahinoğlu deyir ki, bu platformanın təşkil olunması yaxşı ideyadır: “Bu onu göstərir ki, Azərbaycan işğalçıları Dağlıq Qarabağ və ətrafındakı rayonlardan çıxartmağa iddialıdır. Bununla paralel o ermənilərlə əməşdaşlıq edilir ki, onlar Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir, Xocalı soyqırımı haqqında birmənalı fikrə malikdirlər. Azərbaycan tərəfdən bu platformaya qoşulanların sayı artır. Zeynəb Xanlarova kimi tanınmış bir şəxsiyyətin platformaya qoşulması paltformanın gücünü artıracaq”.

“Həm Azərbaycan, həm Ermənistan və həm də Avropa ölkələrində qoşulanların sayı artdıqca bu Ermənistanda müəyyən polemikalar aça bilər ki, biz niyə azərbaycanlılarla düşmənik. Bu baxımdan platformaya Zeynəb Xanlarovanın qoşulmasını uğurlu sayıram” — deyə o bildirib.

Xəbər lenti
0