Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İl ərzində 500 milyon insan Formula 1 yarışını izləyir

© Sputnik / Anar MustafayevNigar Arpadarai
Nigar Arpadarai - Sputnik Azərbaycan
Abunə olmaq
Nigar Arpadarai: "8 mindən artıq insan könüllü olmaq üçün müraciət edib"

Nigar Arpadarai: “Xaricdə olan insanlar anlayır ki, Azərbaycan stabil ölkədir”
Fevralın 15-də Sputnik Azərbaycan-ın Beynəlxalq Multimedia Mərkəzində "Formula 1 yarışlarının qəbulunun ölkə üçün sosial-iqtisadi faydaları" mövzusunda Bakı-Moskva-Astana-Tbilisi video-körpüsü təşkil edilib. “Baku Grand Prix” şirkətinin milli mətbuat katibi, Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyir ki, Formula 1 dünyada olan ən böyük və sevilən idman tədbirlərindən biridir: “İl ərzində 500 milyon insan Formula 1 yarışını izləyir. Azərbaycanın Formula 1-i keçirən 20 ölkə arasında olması bizim üçün böyük imkanlar yaradır”.

“Formula 1-də bir çox beynəlxaq brendlər sponsorluq edir. Bu tip yarışların keçirilməsi insan kapitalının yetişdirilməsi baxımından çox önəmlidir. Yarışlarda könüllü olmaq üçün 8 mindən artıq insan müraciət edib”. Nigar Arpadarai bildirib ki, avto idmanın ölkədə təşviqatı baxımından bu yarışın ölkəmizdə keçirlməsi əhəmiyyət kəsb edir. “Formula 1 keçirən zaman ölkə artıq digər mərhələyə qədəm qoyur. Xaricdə olan insanlar anlayır ki, bu stabil ölkədir. O baxımdan bu yarış Azərbaycanı yeni müstəviyə çıxarır” — deyə o bildirib. 

Xəbər lenti
0