Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dolların süni bahalaşmasından Azərbaycan iqtisadiyyatı heç nə qazanmır

© Photo : Qalib Togrulİqtisadi araşdırmalar mərkəzinin rəhbəri Qalib Toğrul
İqtisadi araşdırmalar mərkəzinin rəhbəri Qalib Toğrul - Sputnik Azərbaycan
Abunə olmaq
Qalib Toğrul: “Manatla dolların kursunun hesablanmsında iqtisadi amillərdən danışmaq olmaz”

Qalib Toğrul: “Bu, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən nəzarətin zəifliyini göstərir”
Azərbaycanda artıq bir neçə gündür ki, dolların məzənnəsi sürətlə aşağı düşür. Vəziyyətdən istifadə edən banklar aktiv şəkildə dollar alğı-satqısını həyata keçirir. İqtisadçı ekspert Qalib Toğrul deyir ki, bu spekulyativ məsələdir: “Banklar marjanın ləvğindən, həmçinin manatın kursunun aşağı salınmasından istifadə edərək qısa müddətdə böyük gəlirlər əldə edirlər. Bu da Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən nəzarətin zəifliyini göstərir”.

“Manatla dolların kursunun hesablanmsında iqtisadi amillərdən danışmaq olmaz. Dolların süni şəkildə qalxmasından Azərbaycan iqtisadiyyatı qazanmır, itirir. Hesab edirəm ki, bu proses uzun çəkməyəcək” — deyə o bildirib.

Xəbər lenti
0