Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Yeni qaydaların tətbiqi avtomobillərin qiymətini daha da artıracaq”

© Sputnik / Sabina AliyevaRamil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru
Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru - Sputnik Azərbaycan
Abunə olmaq
Ramil Osmanlı: “Qiymət artımının qarşısını inzibati və ya digər mexanizmlərlə almaq mümkün deyil”

Ramil Osmanlı: “Bəzi avtomobillərin qiyməti 50 faizdən çox artıb”
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyir ki, Azərbaycanın avtomobil bazarında qiymət artımları kifayət qədər yüksəkdir: “Biz bu məsələyə son iki ildə baş verən iki devalvasiyanı nəzərə alaraq toxunmalıyıq. Bəzi avtonəqliyyat vasitələrinin qiymətlərində 50 faizdən artıq qiymət artımı qeyd olunub. İlkin bazar ürzə, yəni yeni avtomobillərin idxalı üzrə qiymət artımları daha çoxdur. 2014-cü ilin sonunda bazara 20 min manata təklif olunan avtonəqliyyat vasitəsinin qiyməti bu gün təqribən 32-33 min manatdır. Bahalı avtomobillərdə isə qiymət artımları daha çox müşahidə olunur. Bu, gömrük rüsumları, aksiz vergilərinin yüksək olması və digər amillərlə bağlıdır”.

“Təkrar bazar avtomobillərində isə 10 faizdən 30 faizə qədər qiymət artımı qeyd olunur. İli daha köhnə olan, 90-cı illərin sonu istehsal olunmuş avtonəqliyyat vasitələrinin qiymət artımı 10-15 faiz ətrafında dəyişir. 2002-2008-ci illər arasında istehsal olunmuş avtomobillərdə qiymət artımı 15-20 faiz, 2008-2016-cı illərdə istehsal olunmuş təkrar bazar avtomobillərində isə 20-30 faizdir. İlkin bazarda qiymət artımı varsa, bunun təkrar bazara inteqrasiya etməsi təbii prosesdir və bunun qarşısını inzibati və ya digər mexanizmlərlə almaq mümkün deyil” — deyə o bildirib.

Xəbər lenti
0