05:49 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8751

Vitse-spiker: “Lapşinin ekstradisiyasında qeyri-adi bir şey yoxdur”

RADİO
Qısa URL
64 0 0

Bahar Muradova: “Bu, hər kəsin düşünməsinə səbəb olacaq”

Fevralın 7-də Rusiya-İsrail bloqçusu Aleksandr Lapşin Azərbaycana gətirilib. Milli Məclisin vitse-spikeri Bahar Muradova deyir ki, onun törətdiyi əmələ uyğun aqibət gözləyir: “O, bunu əvvəlcədən düşünməli idi. Nəinki o, başqa ölkələrin, o cümlədən Azərbaycanın sərhəd qanunlarını, beynəlxalq hüququ nəzərə almadan, bu və ya digər maraqlar naminə öz ictimai-siyasi mövqeyindən sui-istifadə edən şəxslərin hər birini belə bir aqibət gözləməlidir”.

“Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası normaldır, burda qeyri-adi bir şey yoxdur. Bu sırf beynəlxalq hüquqla tənzimlənən prosedurlar çərçivəsində həyata keçirilib və beynəlxalq hüququn müəllifi təkcə Azərbaycan deyil, bütün dünya dövlətləridir” — deyə o bildirib.

Əsas mövzular