Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Professor: “Moskva Dəməşq rejimini qorumaqda düzgün addım atır”

© Sputnik / STRQabil Hüseynli, politoloq
Qabil Hüseynli, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Qabil Hüseynli: “Keçid hökuməti qurulandan sonra dərhal tərksilah prosesi başlamalıdır”

Professor hesab edir ki, Suriyada sülhün yaranması və davamlı olmasına böyük dövlətlər təminat verməlidir
“Əgər böyük dövlətlərin — Rusiya, ABŞ, İran və Türkiyənin əli Suriyanın üzərində olarsa, rejim və müxaliflər yenidən silaha sarılmaz və atəşkəs davam edər. Keçid hökuməti qurulandan sonra dərhal tərksilah prosesi başlamalıdır”. Bəşər Əsəddən sonrakı siyasi vəziyyəti təhlil edən tarix elmləri doktoru, professor Qabil Hüseynli belə deyib.

O, Suriya siyasi elitasına nəzarətin tamamilə Rusiyanın əlində olduğunu qeyd edib: “Moskva Dəməşq rejimini qorumaqda öz strateji maraqlarına uyğun olaraq düzgün addım atır. Xüsusilə, paytaxt Dəməşq və onun ətrafındakı əsas bölgələrə, həmçinin siyasi elitaya nəzarət tamamilə Rusiyanın əlindədir”. 

Xəbər lenti
0