11:20 29 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Politoloq: “Ankara Trampın Türkiyəyə üstünlük verəcəyini gözləyir”

RADİO
Qısa URL
7802

Elxan Şahinoğlu: “Prezidentlərin telefon danışığı ikitərəfli münasibətlərə müsbət təsir edəcək”

Elxan Şahinoğlu: “Tramp strateji müttəfiqlik ifadəsi işlədib. Bu da müəyyən ümidlər yaradır ki, iki ölkə arasında əlaqələr genişlənəcək”.
ABŞ prezidenti Donald Tramp və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında baş tutan telefon danışığı zamanı ikitərəfli əlaqələr və terrorla mübarizə müzakirə olunub. Politoloq Elxan Şahinoğlu deyir ki, prezidentlərin telefon danışığı ikitərəfli münasibətlərə müsbət təsir edəcək.

“Türkiyənin gözləntisi var ki, Tramp xarici siyasətdə Türkiyəyə üstünlük verəcək. Telefon danışığında da Tramp strateji müttəfiqlik ifadəsi işlədib. Bu da müəyyən ümidlər yaradır ki, iki ölkə arasında əlaqələr genişlənəcək”.

“Amerika Suriyada Türkiyənin maraqlarını nəzərə alacaq. Tramp Suriyada qaçqınların yerləşdirilməsi üçün bölgə yaratmağı təklif edib. Bu Ərdoğanın bir neçə il öncə irəli sürdüyü təklifdir” — deyə politoloq əlavə edib.

Əsas mövzular