Tramp niyə islamofobdur?

© wikipediaAzər Qasımlı - politoloq
Azər Qasımlı - politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Azər Qasımlı: “Trampın qərarı Amerika ilə müsəlman dünyası arasında böyük problemlər yaradır”

Politoloq: “Meksika müsəlman ölkəsi deyil, amma onun və ABŞ arasında divar hörülür. Yəni burada islamofobiyadan söhbət gedə bilməz”
Ötən həftə ABŞ prezidenti Donald Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.

Politoloq Azər Qasımlı deyir ki, bu, Trampın islamafob olduğunu deməyə əsas vermir: “Mən hesab etmirəm ki, Tramp islamofobdur. O, seçki kampaniyası dövründə dəfələrlə deyib ki, ABŞ yalnız öz daxili işləri ilə məşğul olmalıdır. İkincisi, ABŞ daha təhlükəli bir ölkə olmalıdır və dünyada olan terrorizm kimi müəyyən təhdidləri qanunvericiliklə ABŞ-dan kənar qoymaq təklifləri vardı”.

“Meksika müsəlman ölkəsi deyil, amma onunla ABŞ arasında divar hörülür. Yəni, burada islamofobiyadan söhbət gedə bilməz. Lakin Trampın bu qərarı yalnışdır, o, insan hüquqlarını pozur və Amerika ilə müsəlman dünyası arasında böyük problemlər yaradır. Məncə, bu, Amerikanın xarici siyasət konsepsiyası nöqteyi nəzərdən yalnışdır” — deyə o bildirib.

Xəbər lenti
0