Millət vəkili: “Gələcəyimizdən arxayın olmaq üçün gənclərə diqqət göstərməliyik”

© Photo : REPORTAydın Mirzəzadə - millət vəkili
Aydın Mirzəzadə - millət vəkili - Sputnik Azərbaycan
Abunə olmaq
Aydın Mirzəzadə: “Azərbaycanda ayrıca bir gənclik problemi yoxdur”

Aydın Mirzəzadə: “Biz gənclərin gözü ilə ümumilikdə cəmiyyətə baxa bilirik”
Millət vəkili Aydın Mirzəzadə deyir ki, Azərbyacanda ayrıca bir gənclik problemi yoxdur: “Əgər biz cəmiyyətin müəyyən bir qrupunun problemləri haqqında danışırıqsa, bu ümumilikdə cəmiyyətin problemidir. Biz gənclərin gözü ilə boşluqlarımızı, çətinliklərimizi, həll edə bilmədiyimiz məsələləri görə bilirik”.

“Bugünkü gənc sabah Azərbaycan dövlətini hansısa sahədə layiqincə təmsil edəcək. Porblemlərini həll etdiyimiz gənclər sabah özü problemləri həll edəcək. Azərbaycan cəmiyyəti gənclərin inkişafına böyük diqqət ayırır. Gənclərimiz bu gün silahlı qüvvələrdə xidmət edir, elmdə özünü göstərirlər. Cəmiyyət gəncliyin inkişafına diqqət göstərsə, onda biz gələcəyimizə arxayın ola bilərik” — deyə o bildirib.

Xəbər lenti
0