Rejissor: “Azərbaycan kinosunun gücü komediyaya çatır”

© novosti.azЭльхан Джафаров съемки фильма
Эльхан Джафаров съемки фильма - Sputnik Azərbaycan
Abunə olmaq
Elxan Cəfərov: “Filmlərdə yüksək keyfiyyət haqqında danışmaq çətindir

Elxan Cəfərov: “İrəlidə cəmiyyət olaraq tamaşaçımızı, istehsalçımızı tərbiyə edə biləcəyik. Bundan sonra yüksək keyfiyyət haqqında danışmaq olar”.
Son illər Azərbaycan kinosunda ard-arda komediya janrında filmlər çəkilir. Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov deyir ki, komediyalar Azərbaycanın yeni kino sənayesinin ilkin addımlarıdır:  “Bütün dünyada kinonun biznesə çevrildiyi mərhələdə tamaşaçılar kinoteatrlara komediyalarla cəlb olunur. Bu Amerikada da, Avropada da baş verib. Sadəcə olaraq biz müəyyən müddət gecikmişik. Bu proses labüddür və getməlidir”.

“Filmlərdə yüksək keyfiyyət haqqında danışmaq çətindir. Amma onların arasında da keyfiyyətli filmlər var. On filmdən bəzən ikisinin keyfiyyəti qane edir. Mən komediya filmlərində olan minimal inkişafı görürəm. Bu gün tamaşaçını kinoteatra dəvət etmək üçün Azərbaycan kinosunun gücü komediyaya çatır. İrəlidə cəmiyyət olaraq tamaşaçımızı, istehsalçımızı tərbiyə edə biləcəyik. Bundan sonra yüksək keyfiyyət haqqında danışmaq olar” — deyə o bildirib.

Xəbər lenti
0