09:40 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630

Gənclər hansı şərtlərlə ipoteka əldə edə bilərlər?

RADİO
Qısa URL
25111

Azər Allahverənov: “İpoteka krediti əldə etmək istəyən gənclərin dayanıqlı işi olmalıdır”

Ekspert: “Gənclər mənzillərinin olmamasından əziyyət çəkir”
“Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov deyir ki, gəclər üçün ipotekaların verilməsi və gənc ailələrin mənzil probleminin yaxşılaşdırılması Azərbaycan hökumətini narahat edən məsələlərdən biridir: “Bildiyiniz kimi, gənclər mənzillərinin olmamasından əziyyət çəkir, bu da onların əlavə problemlərinin yaranmasına gətirib çıxarır. Söhbət əgər ölkənin genofondundan gedirsə, bu şəraitin yaradılması olduqca vacibdir ki, həmin problemlər özünü büruzə verməsin. Həmin gənclərə güzəştlərlə ipotekaların verilməsi olduqca vacib olan elementdir”.

“Bir neçə ildir ki, Azərbaycanda ipoteka siyasəti həyata keçirilir. Müəyyən dövrlərdə normativ sənədlər və təkliflər hazırlandığından ipoteka siyasəti dayandırılmışdı. İpoteka şərtlərinin sadələşdirilməsi, faizlərin aşağı salınması, tələb olunan sənədlərin azaldılması məsələləri həllini tapmaqdadır. Bu gün artıq müvafiq dairələr tərəfindən təkliflər irəli sürülüb. Söhbət tək ipoteka məbləğinin artırılmasından getmir. Əgər gənclər ipoteka krediti əldə etmək istəyirlərsə, onların dayanıqlı işi olmalıdır. Bu baxımdan gənclərin məşğulluq məsləsi öz həllini tapmalıdır. Başqa bir məsələ gənclərin əmək bazarında rəqabətə dözümlü iş tapmalarıdır. Bu məsələlərin üzərində işləmək dövlətin priotet istiqamətlərindən biridir” — deyə o bildirib.

Əsas mövzular