İlahiyyatçı: “Azərbaycanda dini maarifləndirmə arzuolunan formada deyil”

© Photo : Facebook / elshadmiriElşad Miri
Elşad Miri - Sputnik Azərbaycan
Abunə olmaq
Elşad Miri: “Bu sahədə kadr və mənbə çatışmazlığı var”

Elşad Miri: “Düzgün maarifləndirmə işləri aparıla bilər”
2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. İlahiyyatçı Elşad Miri deyir ki, hal-hazırda Azərbaycanda dini maarifləndirmə arzuolunan formada aparılmır:  

“Bu mənada kadr və mənbə çatışmazlığı, eləcə də bunları düzgün çatdıra bilməmə qorxusu var. Bu gün orta məktəb və universitetlərdə dinlə əlaqəli düzgün informasiya verilərsə, “Qurani Kərim” Azərbaycan dilində hər kəsin başa düşəcəyi formada izah olunub insanlara təqdim olunarsa, mətbuatda bu məsələlərlə bağlı verilişlər və yazılar yazılarsa, o zaman düzgün maarifləndirmə işi də aparıla bilər”.

“Hal-hazırda bu məsələ ilə bağlı fəaliyyət göstərən qurumlar əvvəllər olmadığı şəkildə, daha yaxşı formada maarifləndirmə işləri aparmağa cəhd edirlər, amma bu da hələ ki tam istənilən formada deyil”.

Xəbər lenti
0