Əlil Təşkilatları İttifaqının rəhbəri: “20 Yanvar hadisələrində 307 nəfər əlillik qazandı”

Abunə olmaq
Davud Rəhimli: “Xidmət etdiyim ordu bizim üstümüzə tank yeritdi”

Davud Rəhimli: “Həmin gecə 147 nəfər öldürüldü, 744 nəfər isə yaralandı”
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Azərbaycanın Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli deyir ki, bu mövzu bizim təqvimdə qara hərflərlə qeyd olunub: “Bəzən bunun Rusiya qoşunları tərəfindən törədildiyini qeyd edirlər. Lakin o zaman biz hələ SSRİ məkanında yaşayırdıq, sovet hökuməti və üsul-idarəsi var idi. Mən xidmət etdiyim həmin o ordu gəlib öz vətəndaşlarının üstünə tank yeridirdi. Onlar qadağan olunmuş silahlar tətbiq edirdilər. Bu qoşunların bu tərzdə Bakıya daxil olacağı heç kimin ağlına gəlməzdi”.

“Həmin gecə 147 nəfər öldürüldü, 744 nəfər isə yaralandı. 841 nəfər (sonradan isə bu rəqəm 2000-ə yaxınlaşdırıldı) qanunsuz həbs olunmuşdu, lakin sonra onlar bərayət qazandılar. Hazırda respublikada bu hadisələr nəticəsində əlillik qazanmış 307 nəfər insan var. Onlar Qarabağda əlillik qazanmış insanlarla bərabər statuslar alıblar. Onlara həm əlillik pensiyaları, həm də prezident təqaüdləri verilir” — deyə o bildirib.

Xəbər lenti
0