Politoloq: "Ermənistan işğal olunmuş torpaqlarda hərbi təlimlər keçirməyə davam edəcək"

Abunə olmaq
Elxan Şahinoğlu: "ATƏT-ə sədrlik edən Avstriyanın priorotetləri sırasında Qarabağın adı çəkilmir"

Elxan Şahinoğlu: İnanmıram ki, danışıqlarda irəliləyiş olsun
Politoloq Elxan Şahinoğlu deyir ki, Dağlıq Qarabağ və cəbhə bölgəsindəki gərginliyin 2017-ci ildə də davam edəcəyini proqnozlaşdırmaq olar:

“Yay aylarına yaxın yenidən cəbhə bölgəsindəki vəziyyət mürəkkəbləşməsini gözləmək mümkündür. Həm Azərbaycan, həm də Ermənistan intensiv şəkildə silahlanırlar. “Bloomberg” agentliyinin məlumatında Azərbaycanın son 10 il ərzində hərbi büdcəsi ilə birgə silah alışına 22,7 milyard dollar xərclədiyi və bunun Avropada rekord göstərici olduğu bildirildi. Həqiqətən Azərbaycan silahlanmaya hər il milyardlarla dollar xərcləmək məcburiyyətindədir. Bunun əsas səbəbi isə Azərbaycan torpaqlarının işğalının uzanmasıdır”.

“Məsələ burasındadır ki, 2016-cı ildə aprel savaşına səbəb olan amillər ortadan qaldırılmayıb və onlar 2017-ci ildə də dəyişməyəcək. İnanmıram ki, danışıqlarda ciddi bir irəliləyiş olsun. ATƏT-ə 2017-ci ildə sədrlik edəcək Avstriyanın priorotetləri sırasında Qarabağın adı ümumiyyətlə çəkilmir. Ola bilər ki, prezidentlərin və ya həmsədrlərin görüşünü təşkil etdilər. Bunu bütün ATƏT-ə sədrlik edən dövlətlər edir, amma nəticə dəyişmir” — deyə o bildirib.

Xəbər lenti
0