17:59 08 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Dövlət İmtahan Mərkəzinin nümayəndəsi: "Monitorinqin nəticələri ürəkaçan deyil"

RADİO
Qısa URL
32820

Ekspert: "9-cu siniflərdə 100 mindən artıq şagird təhsil alır"

Əfiqə Batıyeva: "Yeni qiymətləndirmə vasitələri sahəsində böyük təcrübə toplanıb"
2008-ci ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulum) tətbiq olunur və bu səbəbdən qiymətləndirmə sahəsində yeni yanaşmaya ehtiyac yaranmışdı. Prezident İlham Əliyevin 16 yanvar 2013-cü il tarixli fərmanı ilə TQDK-ya attestasiyanın təşkili məqsədi ilə monitorinq imtahanları keçirmək həvalə olunmuşdu.  

Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Əfiqə Batıyeva deyib ki, bu imtahanların nəticələri ürəkaçan olmayıb: “Bu il 9-cu siniflərdə 100 mindən artıq şagird təhsil alır. Bu şagirdlərdən 85 minə yaxını Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçirilən monitorinq imtahanlarında iştirak edib. Bu imtahanlarda yeni qiymətləndirmə vasitələrinə dair nümunələr təqdim olunub. Onlar şagirdlərin bacarıqlarının necə formalaşdırıldığını yoxlamaq üçün keçirilib. Monitoriq imtahanlarının nəticələri isə o qədər də ürəkaçan olmayıb”.

“Bununla belə, bu müddət ərzində yeni qiymətləndirmə vasitələrinin tətbiq olunması və nəticələri yoxlayan markerlərin hazırlanması sahəsində qəbul komissiyasında, indi isə Dövlət İmtahan Mərkəzində xeyli təcrübə toplanıb. Bu il ilk olaraq yeni təhsil proqramı ilə təhsil alan 9-cu sinif şagirdləri buraxılış imtahanı verəcəklər” — deyə o bildirib.

Əsas mövzular