Hərbi ekspert: “İşğalçının cəzasız qalması Azərbaycan cəmiyyətini narahat edir”

© Sputnik / Konstantin Chalabov / Mediabanka keçidВ студии радио Sputnik
В студии радио Sputnik - Sputnik Azərbaycan
Abunə olmaq
Emin Həsənli: “Azərbaycan dövləti Ermənistana çox böyük güzəştə gedərək sülh proseslərinə sadiqdir”

Emin Həsənli: “Ermənistan hələ də təcavüzkar kimi tanınmır”
Ötən il Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının geri qaytarılması istiqamətində mühüm bir cəhdlə yadda qaldı. Azərbaycan ordusu uğurlu əməliyyatla Lələtəpəni işğaldan azad etdi.

Bu il də Azərbaycanın hərbi potensialının gücləndirməsi davam edəcək. Dövlət başçısı 2016-cı ilin yekunlarına həsr olunmuş müşavirədə buna işarə vurararq deyib ki, hərbi potensialımızın gücləndirilməsi üçün əlavə tədbirlər görüləcək. Hərbi xərclər bizim büdcə xərcləri arasında birinci yerdədir. Bu, belə də olacaq.  

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyir ki, 2017-ci ildə qarşıda duran əsas məsələ silahlı qüvvələrin döyüş və mənəvi-psixoloji hazırlıqlarının daha da yüksəldilməsidir.

“Hər il olduğu kimi 2017-ci ildə də Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duran bir nömrəli məsələ ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin etmək və beynəlxalq hüququn ona verdiyi prinsiplərdən istifadə edərək torpaqları işğaldan azad etməkdir. Amma Azərbaycan dövləti Ermənistana çox böyük güzəştə gedərək sülh proseslərinə sadiqdir” — deyə o bildirib. 

Xəbər lenti
0