Zirəddin Rzayev: "Türkiyədə baş verən terror aktlarının arxasında Qərb dayanır"

© Photo : Zirəddin Rzayevin Facebook səhifəsiEkstrasens Zirəddin Rzayev
Ekstrasens Zirəddin Rzayev - Sputnik Azərbaycan
Abunə olmaq
Ekstrasens: "Türkiyəyə Rusiya ilə yaxınlaşmaq sərf edir"

Zirəddin Rzayev: “Türkiyə iqtisadiyyatı Rusiyadan asılıdır”
Ekstrasens Zirəddin Rzayev deyir ki, Türkiyədə baş verən terror aktlarının arxasında Qərb dayanır: “Son dövrlərdə Türkiyədə terror aktları baş verir. Son zamanlara qədər o, Qərblə yaxınlaşmağa çalışırdı, indi isə Rusiya ilə. Bəs niyə orada terror aktları baş verir? Bu, Qərbin süni surətdə təşkil etdiyi terror aktlarıdır”.

“Qərb bu yolla demək istəyir ki, əgər Rusiya ilə yaxınlaşsanız, biz sizin ölkəni dağıdacağıq. Ona görə də Türkiyə orta mövqe tutur. Amma Türkiyəyə Rusiya ilə yaxınlaşmaq sərf edir, çünki Qərblə dostluq edən ölkələrin hamısında böhran, aclıq, mənəvi tənəzzül baş alıb gedir. Ərdoğan bunu yaxşı başa düşür və bilir ki, Türkiyə iqtisadiyyatı Rusiyadan asılıdır. Öz növbəsində Amerika da Türkiyəni heç bir şəkildə dəstəkləmir. Hazırda Türkiyədə baş verən terror aktlarının arxasında Qərb dayanır. Mən orada yaxşı heç nə görmürəm. Bu elə belə də davam edəcək” — deyə o bildirib.

Xəbər lenti
0