13:08 19 Oktyabr 2017
Canlı yayım
Геннадий Онищенко, фото из архива
© Sputnik / Grigory Sysoyev

Ekspert: "Qəlyanı təcili olaraq qadağan etmək lazımdır"

RADİO
Qısa URL
8501

Gennadi Onişenko: "Qəlyan xərçəng riskini artırır"

Tacikistan hökuməti qəlyandan istifadəni qadağan etmək istəyir. Tacikistanın Səhiyyə Nazirliyində hesab edirlər ki, qəlyan xəstəliklərin artmasına səbəb olur. Rusiya Federasiyası Dövlət Dumasının deputatı, tibb elmlər doktoru Gennadi Onişenko deyir ki, qəlyan çox təhlükəlidir: “Birincisi, bu, xərçəng riskini artırır. İkincisi, onlar gigiyenik emal olunmurlar”.

“Qəlyan çox təhlükəlidir, çünki xərçəng və infarktdan başqa o, yoluxucu xəstəliklərin artmasına da səbəb olur. Qəlyan bizim mədəniyyətimizə aid deyil, onu hamıya qəbul etdirirlər. Onun tərkibində nikotindən başqa müxtəlif qarışıqlar da var ki, buna görə onu qanuniləşdirilmiş narkotik hesab etmək olar. Bu düzgün qərardır və nə qədər tez baş verərsə, bir o qədər də yaxşı olar. Bunu dərhal etmək lazımdır” — deyə o bildirib.

Əsas mövzular