04:01 24 Mart 2017
Canlı yayım
Конференция на тему “Рост смертельных происшествий на дорогах и их профилактика”
© Sputnik / Murad Orujov

üçün məhz Azərbaycan, Türkiyə Türkmənistan?

RADİO
Qısa URL
12001

İlqar Vəlizadə: Prezidentlərin görüşünün əsas məqsədi enerji məsələlərinin üzərində qurulub

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, yaxın aylarda Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin iştirakı ilə üçtərəfli zirvə görüşünün keçirilməsi planlaşdırılır. O, Qafqazda yaradılmış üçlü mexanizmlərin uğurlu şəkildə davam etdirildiyini qeyd edib.

Politoloq İlqar Vəlizadə deyir ki, bu görüş çoxdan planlaşdırılırdı: “Sonuncu görüşdə prezidentlər bu formatlı görüşlərin davamlı olacağını qərara almışdılar. Görüşün əsas məqsədi enerji məsələlərinin üzərində qurulub. Görüş keçirilsə, əsas müzakirə predmeti qaz nəqli ilə bağlı olacaq. Hazırda tərəflər mövqelərini nəzərdən keçirirlər, çünki burada müvafiq siyasi risklər də var”.

“Müzakirə olunan məsələlərdən ikincisi isə təhlükəsizliklə bağlı olacaq. Türkmənistan son illər ərzində kifayət qədər problemlərlə üzləşir. Əfqanıstan-Türkmənistan sərhədində problemlər artıb. Burada Türkmənistana müəyyən tərəfdaşlar lazımdır və Azərbaycanla Türkiyə kifayət qədər təcrübələri olduğu üçün belə tərəfdaş ola bilərlər” — deyə, o bildirib.

Əsas mövzular