00:30 24 Oktyabr 2017
Canlı yayım
İlqar Vəlizadə
© Sputnik / Murad Orujov

İlqar Vəlizadə: 2017-ci ildə anti-Rusiya koalisiyası zəifləyəcək

RADİO
Qısa URL
3601

Politoloq: Hər şey konkret addımlardan asılıdır

Amerikanın Stratfor kəşfiyyat mərkəzinin analitikləri iddia edirlər ki, son il ərzində Qərb ölkələrinin Rusiyaya qarşı olan vahid cəbhəsində “çatlar yaranıb”. Bu isə, Rusiyaya öz məqsədlərinə, xüsusilə sanksiyaların aradan qaldırılmasına nail olmaq üçün ciddi şans yaradır. Politoloq İlqar Vəlizadə deyir ki, Qərbin Rusiyaya qarşı münasibətlərində dəyişikliklər olacaq: “Qərbin maraqları donmuş halda qala bilməz – onlar da inkişaf edirlər. Rusiyaya qarşı görülən addımlardan artıq nəsə gözləmək əbəsdir, çünki tərəflər başa düşdü ki, maksimum həddə çatıblar”.

“Tərəflər müəyyən bir konsensus tapmağa cəhd göstərirlər. Normand görüşü formatında fəaliyyət davam etdirilir. Lakin Normand formatı da göstərir ki, Almaniya və Fransa kimi oyunçular Rusiyaya qarşı münasibətlərini dəyişməyə cəhd göstərirlər və müəyyən təkliflər edirlər. Bu cəhdlər gələcəkdə də artacaq. Trampın hakimiyyətə gəlməsi də onu göstərir ki, ABŞ-da Rusiyaya qarşı münasibət bu və ya digər şəkildə dəyişəcək. Bütün bunların nəticəsində, anti-Rusiya koalisiyası dağılmasa belə, çox zəifləyəcək. Hər şey konkret addımlardan asılıdır”, — deyə o bildirib. 

Əsas mövzular