22:14 25 May 2017
Canlı yayım
Азад Исазаде, психолог
© Sputnik / Murad Orujov

Yeniyetmə yaşında intiharların vacib bir səbəbi var

RADİO
Qısa URL
16210

Psixoloq: Ən çox sui-qəsd edənlər yeniyetmələrdir

Son vaxtlar yetkinlik yaşına çatmayan şəxslərin intihar etməsi halları ilə bağlı xəbərlərə tez-tez rast gəlinir. Səbəbləri fərqli olsa da, yeniyetmələrin bu addımı atması cəmiyyətdə birmənalı qarşılanmır və təəssüf hissi yaradır. Bəzi pisixoloqlar hesab edirlər ki, yeniyetmə dövründə olan uşaqlarda özünü təsdiq eləmək istəyi bir qayda olaraq güclü olur, bunu reallaşdıra bilmədikdə isə tənhalığa qapılmaq və özünə qəsd etmək ehtimalı artır. Təbii ki, bu, səbəblərin hamısı deyil.  

Psixoloq Azad İsazadə deyir ki, ən çox sui-qəsd edən yaş qrupu da məhz yeniyetmələrdir: “Yeniyetmə yaşı sui-qəsdlərin risk qrupuna daxildir. Ən çox sui-qəsd edən yaş qruplarında birinci yerdə məhz yeniyetmələrdir. Bu yaşda gənclər maksimalist olurlar, onlar üçün hər şey ya yaxşıdır, ya pisdir; ya ağdır, ya qaradır. Onlar orta rəng və vəziyyət qəbul etmirlər. Hansısa uğursuzluq onlarda həyat planlarının pozulması kimi qəbul olunur və buna görə, onlar hesab edirlər ki, daha yaşamağa dəyməz”.

“Bu, birdən birə baş vermir və qarşısını almaq üçün ilk növbədə yeniyetmənin yaxınları onun davranışının dəyişdiyini və fikir çəkdiyini görməlidirlər. Bu zaman ona mütləq dəstək vermək lazımdır – söhbətə cəlb etməklə problemini müzakirə edib fikrini yayındırmaq lazımdır. Əgər bu fikirlər dərinləşirsə və sui-qəsd fikirləri formalaşıbsa, orada peşəkar həkim-psixoloq da cəlb olunmalıdır”, — deyə o bildirib.

Əsas mövzular