11:46 28 Fevral 2017
Canlı yayım
Azər Rəşidoğlu
© Sputnik / Murad Orujov

Azər Rəşidoğlu: Ərdoğan Putinin bu günədək dediyi fikri təsdiqləyir

RADİO
Qısa URL
85 0 0

Azər Rəşidoğlu: "Türkiyənin ABŞ-la savaşa çıxması qarşıdurmalara səbəb olacaq"

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyada İŞİD də daxil olmaqla, terror qruplaşmalarına dəstək verdiyini bəyan edib. ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner isə bu “ittiham”ı cəfəngiyyat adlandırıb.

Politoloq Azər Rəşidoğlu deyir ki, bu, Türkiyə — ABŞ münasibətlərinin daha da gərginləşməsinə səbəb olacaq: “Ərdoğan hakimiyyətinin Vaşinqtonla münasibətləri onsuz da soyuq idi. Bu bəyanatdan sonra Türkiyə — ABŞ münasibətləri daha da gərginləşəcək. Faktiki olaraq, Ərdoğan bu bəyanatla Putinin bu günədək dediyi fikri təsdiqləmiş oldu”.

“Artıq üfiqdə yeni bir blokun konturları görünür – Türkiyə, İran və Rusiya arasında yeni bir əməkdaşlıq yaradılmaqdadır. Lakin Türkiyə ordusu, kəşfiyyatı və siyasi dairələri Amerikanın təsirində olublar. Bu baxımdan, rəsmi Ankaranın Vaşinqtonla belə açıq savaşa çıxması Ərdoğan hakimiyyətinə qarşı hansısa addımların atılması ilə nəticələnə bilər. Türkiyədə iqtisadi böhran dərinləşə bilər və ölkə daxilində etnik və dini zəmində qarşıdurmalar arta bilər. Bundan başqa, Türkiyədə terror aktlarının, sui-qəsdlərin artacağını proqnozlaşdıra bilərik”, — deyə o bildirib.