11:46 28 Fevral 2017
Canlı yayım
Politoloq Rasim Ağayev
Sputnik/Fuad Həsənov

Politoloq: Amerika hörmətdən düşür

RADİO
Qısa URL
116 0 0

Rasim Ağayev: Dünyada olan qarışıqlıq Amerikanın siyasəti ilə bağlıdır

Amerikanın Stratfor kəşfiyyat mərkəzinin analitikləri iddia edirlər ki, son il ərzində Qərb ölkələrinin Rusiyaya qarşı olan vahid cəbhəsində “çatlar yaranıb”. Bu isə, Rusiyaya öz məqsədlərinə, xüsusilə sanksiyaların aradan qaldırılmasına nail olmaq üçün ciddi şans yaradır.

Politoloq Rasim Ağayev deyir ki, belə bir proqnozda heç bir yenilik yoxdur: “Son 10 ildə dünyada olan qarışıqlıq Amerikanın, xüsusilə Obamanın dövründə apardığı siyasətlə bağlıdır. Bu siyasət təmamilə dünyada gedən ciddi qloballaşma proseslərinə uyğun gəlmir. Əsas məsələ ondan ibarətdir ki, bu siyasəti həyata keçirərəndə, nə Obama, nə də ki onun komandası üzə çıxmış iqtisadi böhranı nəzərə almırdı”.

“Amerika gərək belə bir siyasətdən üz döndərsin, çünki bunun davamı Avropa İttifaqını da çox pis vəziyyətdə qoyur. Avtopa İttifaqının bəzi ölkələri açıq aşkar buna narazılıqlarını bildirirlər. Digər tərəfdən isə, Yaxın Şərqdə olan və digər başqa ölkələrdə Amerikaya inamsızlıq yaranıb. Bu o deməkdir ki, Amerika hörmətdən düşür”, — deyə o bildirib.