Arzu Nağıyev: Biz silahı təkcə İsraildən almırıq

© Sputnik / Murad OrujovПолитолог Арзу Нагиев в Мультимедийном пресс-центре Sputnik Азербайджан
Политолог Арзу Нагиев в Мультимедийном пресс-центре Sputnik Азербайджан - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq: Həm hərbiçilər, həm Azərbaycan xalqı razı qaldı

Arzu Nağıyev: Biz ən yaxşı texnologiyaları və silahları almalıyıq
Azərbaycan İsraildən 4 milyard 850 milyon dollarlıq silah alıb. Politoloq Arzu Nağıyev deyir ki, bu, çox böyük rəqəmdir: “Beş milyardlıq silah ən müasir texnologiyalarla hazırlanıb. Eyni zamanda, İsrail texnologiyası bizdə müdafiə sənayesi zavodlarında istifadə olunur. Bu gün müharibə aparan dövlət kimi biz ən yaxşı texnologiyaları, silahları almalıyıq. Yaxşının yaxşısını əldə etməliyik”.

“Bilirsiniz ki, biz silahı təkcə İsraildən almırıq. Lazım olanda İrandan da, Rusiyadan da böyük pul məbləği qarşılığında silahlar alırıq. Eyni zamanda digər dövlətlərlə də anlaşmalarımız var. İsraildən aldığımız silahlar özünü Azərbaycanın prioritet istiqaməti olan Dağlıq Qarabağ münaqişəsinin həllində özünü göstərdi. Bundan həm hərbiçilər, həm Azərbaycan xalqı razı qaldı”, — deyə o bildirib.

Xəbər lenti
0