Politoloq: Avropa Türkiyəni özündən uzaqlaşdırmağa çalışır

© Photo : Из личного архива автораПавел Клачков, политический аналитик
Павел Клачков, политический аналитик - Sputnik Azərbaycan
Abunə olmaq
Pavel Klaçkov: Qətnamədə təsvir olunan məsələlər hiyləgər bəhanələrdir

Pavel Klaçkov: Rusiya Türkiyə üçün daha vicdanlı və layiqli tərəfdaş ola bilər
Rusiyalı politoloq Pavel Klaçkov Avropa Parlamentinin Türkiyənin Avropa İttifaqına (Aİ) üzv qəbul edilməsi ilə bağlı aparılan danışıqlar prosesini dayandırmağa çağıran qətnaməsini şərh edib. Onun sözlərinə görə, bu qətnamədə təsvir olunan məsələlər sadəcə hiyləgər bəhanələrdir: “Oxşar hərəkətlərlə Avropa Türkiyəni özündən uzaqlaşdırmağa çalışır. Avropa ölkələri onu Avropa Birliyinin bərabərhüquqlu üzvü kimi görmək istəmirlər. Əlbəttə ki, təhlükəsizlik, terrorizmlə mübarizə və miqrant problemi kimi bir çox məsələlərdə Avropa Türkiyədən asılıdır. Lakin onlar Türkiyəni bir təhlükə, özlərinə yad bir ölkə kimi görürlər”.

“Ərdoğanın siyasəti bu qətnamədən zərər görməyəcək, çünki onun seçiciləri Türkiyənin Avropa İttifaqına daxil olma perspektivlərini ciddi qəbul etmirdi və təbii ki, buna elə də cəhd göstərmirdi. Mənim fikrimcə, bütün bunlar Türkiyənin Rusiya ilə münasibətlərini normallaşdırmağa cəhd etməsi ilə nəticələnəcək. Niyə də yox? Rusiya Türkiyə üçün daha vicdanlı və layiqli tərəfdaş ola bilər. Əgər hər iki ölkə normal münasibətlər siyasətini aparsa, Rusiya-Türkiyə birliyi üçün perspektivlər yaranacaq”, — deyə o bildirib.

Xəbər lenti
0