16:36 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Politoloq: İşğalçı siyasət Ermənistanın özünə böyük zərər vurur

RADİO
Qısa URL
35 0 0

Elxan Şahinoğlu: Ermənistanda Azərbaycan ərazi bütövlüyünü qəbul edən ictimai fəalların sayı artır

Elxan Şahinoğlu: Bizim mövqeyimiz qətiyyən dəyişmir – torpaqlar azad olunmalıdır
Politoloq Elxan Şahinoğlu deyir ki, “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma”nın yaradılması düzgün bir addımdır: “Müzakirələri davam etdirmək lazımdır. Bizim mövqeyimiz qətiyyən dəyişmir – torpaqlar işğaldan azad olunmalıdır, lazım olsa hətta hərbi imkanlardan da istifadə etməliyik. Bununla bərabər, xalq diplomatiyası da davam etdirməlidir, çünki Ermənistan cəmiyyətinin özündə də Dağlıq Qarabağın onlar üçün yük olduğunu anlayan insanların sayı artır.

Düşünürəm ki, bu platformanın yaradılması düzgün addımdır. Biz elə etməliyik ki, bu platforma çərçivəsində Ermənistanda Azərbaycan ərazi bütövlüyünü qəbul edən vətəndaşların və ictimai fəalların sayı artsın”. “Platformanın bəndlərində Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağın Azərbaycana qayıtmasının vacibliyi vurğulanır və Azərbaycan tərkibində Dağlıq Qarabağın statusunun müəyyənləşməsi nəzərdə tutulur. Önəmli olan erməni ictimai fəalların bu platformaya qoşulmasını təmin etməkdir. Düşünürəm ki, zaman keçdikcə belə fəalların sayı artacaq.

Əgər indi 3-4 nəfərdirsə, bu proses getdikcə artacaq və xalq diplomatiyasının genişlənməsi sahəsində erməni ictimaiyyətində müzakirələr də genişlənəcək ki, Azərbaycana düşmənçilik və işğalçı siyasət Ermənistanın özünə böyük zərər vurur”, — deyə o bildirib. 

Əsas mövzular