Ekspert: 2017-ci ildə neftin qiyməti 44-45 dollar səviyyəsində olacaq

© Facebook/Parviz HeydarovPərviz Heydərov - iqtisadçı-ekspert
Pərviz Heydərov - iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Abunə olmaq
Pərviz Heydərov: Tələbin genişlənməsi ehtimalı yox dərəcəsindədir

Pərviz Heydərov: İlin ikinci yarısında neftin qiyməti 55 dollara qədər qalxa bilər
İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, 2017-ci ilin əvvəlində neftin qiyməti 35 dollara qədər enə bilər: “Amma bu müvəqqəti xarakter daşıyacaq. Qiymət yenidən 40 dollar səviyyəsində qərarlaşacaq. Amma ümumən il üçün götürsək, 2017-ci il ərzində neftin orta qiyməti 44-45 dollar səviyyəsində olacaq, çünki tələbin genişlənməsi ehtimalı yox dərəcəsindədir”.

“Tələbin genişlənməsi üçün dünya iqtisadiyyatının aparıcı ölkələri sayılan Çinin, Avropa Birliyinin əsas ölkələrinin iqtisadiyyatında artım müşahidə olunmalıdır. Amma hazırda bu ölkələrdə iqtisadi artım yoxdur və 2017-ci ilin azı birinci yarısı ərzində artım olacağı gözlənilmir. Buna görə, 2017-ci il üçün neftin orta qiyməti 44-45 dollar səviyyəsində gözlənilir. Amma müəyyən hallarda, xüsusən də ilin ikinci yarısında neftin qiymətinin 55 dollara qədər qalxma ehtimalı realdır”, — deyə o bildirib.

Xəbər lenti
0