01:22 19 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Председатель Совета печати АР Афлатун Амашов в ходе V Всемирного конгресса новостных агентств в Баку
© Sputnik / Murad Orujov

Mətbuat Şurasının sədri: Qadağa və senzura çıxış yolu ola bilməz

RADİO
Qısa URL
11501

Milli Məclisin deputatı Əflatun Amaşov deyir ki, Rusiya mediası Qərb mediasından fərqli olaraq alternativ fikir formalaşdırır

“Avropa Parlamentinin Rusiya mediasına qarşı qəbul etdiyi qətnamə söz və ifadə azadlığı kontekstində dəyərləndirilməli hadisədir. Mən beynəlxalq praktikada belə bir halın olduğunu xatırlamıram. Belə bir addım Rusiya yox, başqa bir ölkənin mediasına qarşı atılarsa belə yenə yanılnış yanaşma kimi qiymətləndirilməlidir”,- Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Avropa Parlamentinin Rusiya mediasına qarşı yönəlmiş qətnaməsininə münasibət bildirərkən belə seyib.

Əflatun Amaşov Sputnik-ə açıqlamasında deyib: “Rusiya mediası Qərb mediasından fərqli olaraq alternativ fikir formalaşdırır. Məncə, ona qarşı sırf siyasi müstavidə qərar qəbul edilməməlidir. Avropa Parlametni bu qətnaməsi ilə söz azadlığına adekvat olmayan addım atıbdır. Rusiya mediasına qarşı mübarizəni İŞİD terroruna müqavimətlə eyniləşdirilməsi dözümsüzlük münasibətindən başqa bir şey deyil”. 

Əsas mövzular