Millət Vəkili: Azərbaycansız bütöv Avropa yoxdur

© Photo : Facebook / Aydın MirzəzadəАйдын Мирзазаде
Айдын Мирзазаде - Sputnik Azərbaycan
Abunə olmaq
Aydın Mirzəzadə: Çox istəyərdik ki, Avropa Parlamenti əvvəl verdiyi bəyanatlara sadiq olaydı

Deputat: Müəyyən qüvvələr Azərbaycan haqda mənfi rəy yaratmağa çalışır
Milli Məclisin deputatı Aydın Mirzəzadə deyir ki, Azərbaycanla münasibət olmadan tam bütöv Avropa yoxdur. Eyni zamanda, Azərbaycan öz dövlətçiliyini inkişaf etdirməklə və bu istiqamətdə uğurlar qazanmaqla dünyada stabilliyin və təhlükəsizliyin güclənməsinə öz tövhəsini verir.

“Təəssüf ki, Avropa Parlamentində müəyyən qüvvələr vaxt aşırı Azərbaycanla münasibətlərə kölgə salmağa və Azərbaycan haqda mənfi rəy yaratmağa çalışır. Azərbaycan tərəfindən də müvafiq reaksiya olur. Son dövrlərdə bu iki tərəf arasında münasibətlərinin yaxşılaşdırılması üçün ciddi addımlar atılır. Avropa Parlamenti Azərbaycanla münasibətlərin olmasında maraqlı olduğunu, Azərbaycan təcrübəsinin yayılmasını istədiyini və iki tərəfli əlaqələrin bundan sonra stabil yüksələn xətt olmasına əhəmiyyət verdiyini bildirir. Artıq məsləhətləşmələr keçir və ümid edirik ki, hər iki tərəfin istəyi reallaşacaq. Azərbaycan öz istəyində səmimidir. Lakin yenə də Avropa Parlamentində Azərbaycanla bağlı qərəzli mövqe tutmaq istəyən qruplar var. Çox istəyərdik ki, Avropa Parlamenti əvvəl verdiyi bəyanatlara sadiq olaydı”, — deyə o bildirib.

Xəbər lenti
0