Anar Cəbrayıllı: Bakıda 560 km kanalizasiya kollektorları təmizlənib

© Photo : www.aznews.az“Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı
“Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: Çirkab suların Xəzər dənizinə axıdılmasının qarşısını almaq üçün çoxlu işlər görülüb

Anar Cəbrayıllı: Bu istiqamətdə işlər davam edir
“Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyir ki, “Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı” dövlət proqramı çərçivəsində Həsən Əliyev küçəsi boyunca yeni 1200 millimetrlik kollektor tikilib:

“Bu kollektor bizə imkan verdi ki, Həsən Əliyev küçəsinin yuxarı hissəsində olan çirkab, tullatı və yağış sularını çox rahat şəkildə toplayıb Hövsan istiqamətinə yönəldə bilək. Lakin əvvəl onların hamısı axıb milli parkın altı ilə gedən park kollektoruna tökülürdü. Amma biz ona parallel kollektor inşa edərək suyun böyük bir hissəsini yuxarı hissələrdə tutmağa nail ola bildik”.

“Ümumiyyətlə, bu istiqamətdə işlər davam edir. Təkcə son dövrlər bizim Bakı şəhərində tikdiyimiz tunel, kollektor və kanaliza xətləri 1000 kilometrdən artıq təşkil edir”, — deyə o bildirib.

Xəbər lenti
0