17:08 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695

Politoloq: Tramp nəyə görə müharibə aparmaq lazım olduğunu heç təsəvvür də etmir

RADİO
Qısa URL
ABŞ-da prezident seçkilərinin dünya üçün nəticələri (18)
110 0 0

Politoloq: Daha vacib olan ölüm-qalım və müharibənin dayandırılması məsələləridir

Rasim Ağayev: Tramp Suriyadan əl çəkib Moskva ilə razılaşsa, Əsəd məsələsi yenə ortaya çıxacaq
Politoloq Rasim Ağayev deyir ki, Suriya kürdlərinə Bəşər əl-Əsəd və Rusiya tərəfindən muxtariyyət vəd olunub: “De-fakto bu mövcuddur – onlar öz ərazilərini müəyyən ediblər, məktəblərini və yerli hakimiyyət orqanlarını yaradıblar. Amma bütün bunları növbəti quruluş zamanı qanuniləşdirmək lazımdır. Bu, Suriyanın üç hissəyə parçalanmasına səbəb olacaq ən mühüm məqamlardan biridir. Bu üç hissədən biri də, şübhəsiz ki, kürd muxtariyyəti olacaq”.

“Tramp öz ismarıcını səsləndirdi, lakin bir biznesmen kimi o, ticarətlə məşğul olmaq əvəzinə nəyə görə müharibə aparmaq lazım olduğunu, bəlkə də, heç təsəvvür etmir. O, hal-hazırda Suriyada gedən dərin mülki və millətlərarası ayrılma prosesini heç təxmin də etmir. Bütün bunları nəzarət altına almaq çox çətin olacaq. Lakin Tramp Suriyadan əl çəkib Moskva ilə razılaşsa, Əsəd məsələsi yenə ortaya çıxacaq. Çünki Əsəd özündə ordu və siyasi qüvvələri cəmləşdirir. Onun hakimiyyətdən getməsi isə yenidən vəziyyəti pisləşdirə bilər və hər şey yenidən başlayar”, — deyə o bildirib.

Mövzu:
ABŞ-da prezident seçkilərinin dünya üçün nəticələri (18)

Əsas mövzular