04:45 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Mustafayev: Xəzər dənizində çətin bir rəqabət yaranacaq

RADİO
Qısa URL
16301

TRACECA-nın katibi hesab edir ki, Xəzər dənizindəki Rusiya limanları öz üstünlüklərini itirirlər

TRASEKA-nın hökumətlərarası komissiyasının Azərbaycan üzrə Milli katibi Akif Mustafayev
TRASEKA nəqliyyat dəhlizi layihəsinin hökumətlərarası komissiyasının Azərbaycan üzrə Milli katibi Akif Mustafayev deyir ki, Rusiyanın Xəzər dənizində kommersiya xətlərində öz iştirakını genişləndirmək strategiyası çətin rəqabətə səbəb olacaq.

“Mahaçqala limanından İrana və Xəzər dənizindəki digər limanlara daşınmalar azalıb. Azərbaycan vaxtı vaxtında bərə parklarının sayını artırmışdı. Hal-hazırda Xəzər Dəniz Gəmiçiliyinin 12 işlək bərəsi var, daha üç-dörd bərə təmir olunaraq onlara əlavə ediləcək. Qazaxıstan və Türkmənistan da bərə almağa başlayıblar. Azərbaycan, Qazaxıstan və Türkmənistan bərələrin bir hissəsini Mahaçkaladan alıblar. Hal-hazırda Xəzər dənizindəki Rusiya üçün mühüm olan Mahaçkala və Həştərxan limanları zərərlə çalışırlar. Rusiya yük və sərnişin daşınmasında Xəzər dənizindəki öz strateji mövqelərini itirmək istəmir. Bu səbəbdən, onlar strategiya inkişaf etdirmək istəyirlər. Rusiya tərəfi üçün bu düzgün addımdır”, — deyə o bildirib. 

Əsas mövzular