12:39 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0554

Fikrət Sadıxov: Biz Trampı maraqlandırıb onunla yaxından işləməliyik

RADİO
Qısa URL
ABŞ-da prezident seçkilərinin dünya üçün nəticələri (18)
127 0 0

Politoloq: Dağlıq Qarabağ münaqişəsində müəyyən dəyişiklik baş verə bilər

Fikrət Sadıxov: Tramp hansısa addımlar atmalıdır
Politoloq Fikrət Sadıxov deyir ki, Donald Tramp öz seçkiqabağı kampaniyasında postsovet məkanında baş verən hadisələrə, o cümlədən Dağlıq Qarabağ probleminə toxunub: “O, Obamanın indiyənədək səhvlər etdiyini hesab edirsə, deməli, Tramp bunun əksinə olan hansısa addımlar atmalıdır. Mən inanmıram ki, radikal şəkildə dəyişikliklər baş versin, inanmıram ki, Ağ evə gələn kimi Tramp bu istiqamətdə ciddi addımlar atsın. Amma onun Azərbaycanla yaxın münasibətləri onu vəd edir ki, burada müəyyən dəyişikliklər baş verə bilər. Rəsmi Vaşinqtonun Dağlıq Qarabağ probleminə yeni yanaşmaları müşahidə oluna bilər. Ola bilər ki, hər-hansı siyasi istiqamətlər dəyişilsin”.

“Biz də əlimizdən gələni etməliyik ki, indi seçilmiş ABŞ prezidenti Donald Tramp Azərbaycanın maraqlarına cavab verən addımlar atsın. Biz onu müəyyən sahələrdə maraqlandırıb onunla yaxından işləməliyik”, — deyə o bildirib.

Mövzu:
ABŞ-da prezident seçkilərinin dünya üçün nəticələri (18)

Əsas mövzular