Dünya şöhrətli model: Tramp çox yaxşı kişidir

© Sputnik / Yekaterina ChesnokovaОксана Федорова
Оксана Федорова - Sputnik Azərbaycan
Abunə olmaq
“Dünya gözəli-2002” yarışmasının qalibi respublikaçıların prezident seçkilərində qalib gəlməsini özünün gözəllik yarışmasındakı tiumfu ilə müqayisə edib

Oksana Feodrova: “O, çox gözəl təəssurat yaradan adamdır: ailəcanlıdır, gözəl uşaqları var, biznesi isə dayanıqlıdı”.
Noyabrın 8-də keçirilən prezident seçkilərində milyarder Donald Tramp qalib gəldi. Trampın yaxın tanışı və “Dünya gözəli” yarışmasında iştirak etmiş aktrisa Oksana Feodrova milyarderi qələbə münasibəti ilə təbrik edib.

“O, çox gözəl təəssurat yaradan adamdır: ailəcanlıdır, gözəl uşaqları var, biznesi isə dayanıqlıdır. Onu arasında çoxlu sayda rusların da olduğu köməkçiləri həmişə tərifləyiblər", — Sputnik Belarus-a açıqlamasında model belə deyib.

Feodrova daha sonra əlavə edib: "Aydın məsələdir ki, o, sadə adam deyil, amma çox yaxşıdır”.

Onun fikrincə, Tramp çox “haylı-küylü” adamdır. Fedrova onu bildirib ki, ABŞ-da prezident seçkiləri zamanı bir çox Qərb mətbuatı ondan müsahibə verməyi xahiş edirdilər.

"Onlar müsahibə üçün sualları göndərdilər, mən də onlara cavab verdim. Amma aydın məsələ idi ki, onlar mən kələk gəlmək istəyirdilər. Onlar Trampı ləkələmək istəyirdilər, amma bu haqda mən heç nə danışa bilməzdim", — deyib eks-model.

O, Trampın prezident seçkilərindəki qələbəsini özünün “Dünya gəzəli” yarışmasındakı triumfu ilə müqayisə edib.

Xəbər lenti
0